Qarabağda separatçılıq edənlər Ermənistanda oğurluğa görə tutulublar
Tarix: 25-05-2024 19:56 | Bölmə: Cəmiyyət
Qarabağda separatçılıq edənlər Ermənistanda oğurluğa görə tutulublar

Ermənistanda məskunlaşan keçmiş Qarabağ separatçıları həbs olunur.

Reyting.az
xəbər verir ki, Ermənistan İstintaq Komitəsi özünü Xankəndinin meri kimi təqdim edən David Sarkisyan və daha 4 nəfərin həbs edildiyini bildirib.

David Sarkisyan da daxil olmaqla 4 nəfərə qarşı xüsusilə külli miqdarda əmlak, 4 avtomobil oğurluğu, dələduzluq və sənədləri saxtalaşdırmağa görə cinayət işi açılıb.

Məlumata görə, bu şəxslər ümumi dəyəri 19 100 000 erməni dramı dəyərində minik avtomobillərini aşkar şəkildə oğurlayıblar. Söhbət “TOYOTA HILUX 2.7”, “VAZ 21214”, “UAZ 390945-552” və “VAZ 212140” markalı avtomobillərdən gedir.

Qeyd edək ki, bundan əvvəl özünü Ağdərə şəhərinin meri kimi təqdim edən Mişa Gyurjyan və Əsgəran şəhərinin meri kimi təqdim edən Hayk Şamiryan saxlanılıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
25-07-2024, 12:30 Sabah yağış yağacaq
23-07-2024, 12:27 Sabah yağış yağacaq

{sape_links}{sape_article}