Gədəbəydə xəstəxana dünəndən işıqsız qalıb
Tarix: 09-06-2024 16:51 | Bölmə: Cəmiyyət
Gədəbəydə xəstəxana dünəndən işıqsız qalıb

Gədəbəy rayon Mərkəzi Xəstəxanasında və ətraf küçələrdə elektrik enerjisində yaranmış problem hələ də həllini tapmayıb.

Məlumata görə, transformatorda olan problem hələ də həll olunmayıb və dünən günün ikinci yarısından bu saata qədər xəstəxanada elektrik enerjisi yoxdur.

Sakinlər bildirib ki, xəstəxananın işıqlandırılması üçün generator quraşdırılmasına çalışılsa da, texniki nasazlıq səbəbindən bu da mümkün olmayıb(Report).




Bölməyə aid digər xəbərlər