21:05 / 12-07-2024
AFFA yeni qərarlar verib
23 yaşlı qadın 80 yaşlı kişi ilə ailə qurub - Foto
Tarix: 14-06-2024 17:07 | Bölmə: Cəmiyyət
23 yaşlı qadın 80 yaşlı kişi ilə ailə qurub

Qocalar evində tanış olduğu 80 yaşlı kişi ilə ailə quran 23 yaşlı qadının hekayəsi müzakirələrə səbəb olub.

Reyting.az
-ın məlumatına görə, bu səs-küylü izdivac Çində baş verib.

Yerli mətbuatın “inanılmaz sevgi hekayəsi” kimi təqdim etdiyi xəbərlərdə cütlüyün adı açıqlanmayıb.

Bildirilir ki, gənc qız qocalar evində qalan kişi ilə əlaqə saxlayıb və qısa müddətdə dost olublar, daha sonra dostluq sevgi mərhələsinə keçib. Yaşlarındakı 57 il fərqə baxmayaraq, heç bir problem yaşamadıqlarını deyən gənc qadın ərinin mehribanlığından və alicənablığından çox təsirləndiyini bildirib.



Ərinin yalnız pensiyası olduğunu, sərvətinin olmadığını iddia edən gənc qadın bu prosesdə ailəsinə belə qarşı çıxdığını, lakin sevgisindən əl çəkmədiyini deyib.

Məqsədinin sevginin gücünü bütün dünyaya duyurmaq olduğunu söyləyən qadın, Çin mediasında tez-tez müzakirə edilməsindən narahat deyil.

Ərinin işləmədiyi və dolanmaqda çətinlik çəkdiyi üçün bəzən iki işdə belə işlədiyini xatırladan 23 yaşlı qadının arzusunun ölənə qədər ərinin yanında olmaqdır.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}