Sabah 40 dərəcə isti olacaq
Tarix: 18-06-2024 12:42 | Bölmə: Cəmiyyət
Sabah 40 dərəcə isti olacaq

İyunun 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Reyting.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, mülayim şimal-qərb küləyi səhər və gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-55 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-38°, bəzi yerlərdə 40° isti, dağlarda gecə 10-15° isti, gündüz 19-24° isti olacaq.




Bölməyə aid digər xəbərlər
Dünən, 13:15 Sabah yağış yağacaq
21-10-2024, 13:15 Sabah yağış yağacaq
19-10-2024, 12:20 Sabah yağış yağacaq
18-10-2024, 13:01 Sabah yağış yağacaq
17-10-2024, 12:42 Sabah yağış yağacaq
16-10-2024, 15:56 Kür çayında su artıb

{sape_links}{sape_article}