Narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb
Tarix: 20-07-2024 08:30 | Bölmə: Cəmiyyət
Narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Qəmbər Mirqani və Asif Ələkbərov saxlanılıb.

Reyting.az
DİN-nin Mətbuat Xidmətinin Şirvan regional qrupuna istinadla xəbər verir ki, həmin şəxslərdən müxtəlif çəkilərdə heroin, metamfetamin və xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.




Bölməyə aid digər xəbərlər