Sabah yağış yağacaq
Tarix: 20-07-2024 13:04 | Bölmə: Cəmiyyət
Sabah yağış yağacaq

Bakıda və Abşeron yarımadasında iyulun 21-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Reyting.az
xəbər verir ki, yarımadanın bəzi yerlərində yağıntının qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Yağıntı gündüz kəsiləcək. Mülayim şimal-qərb küləyi səhər və gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-34° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunundan 756 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 30-35° isti, dağlarda gecə 13-18° isti, gündüz 18-23° isti olacaq.




Bölməyə aid digər xəbərlər
5-06-2025, 12:34 Sabah yağış yağacaq
4-06-2025, 12:30 Sabah yağış yağacaq
3-06-2025, 15:36 Xankəndiyə dolu düşüb
3-06-2025, 12:59 Sabah yağış yağacaq