Dinozavr skeleti 44,6 milyon dollara satılıb
Tarix: 21-07-2024 08:34 | Bölmə: Cəmiyyət
Dinozavr skeleti 44,6 milyon dollara satılıb

Nyu-York şəhərindəki (ABŞ) hərracda dinozavr (steqosaurus) skeleti rekord məbləğə - 44,6 milyon dollara satılıb.

Reyting.az
xəbər verir ki, bütöv halda qorunub saxlanmış steqozavr skeletini "Sothebys" hərracında milyarder iş adamı Ken Qriffin alıb.

"The Wall Street Journal" yazır ki, satışa çıxarılmış bu nadir nümunənin - "Apex" ləqəbli dinozavrın skeletinin 150 milyon yaşı var. Onu 2022-ci ildə Koloradoda paleontoloq alim Ceyson Kuper tapıb. Bu skelet indiyə qədər kəşf edilmiş ən tam skeletdir.

"Apex"-in satışından minimum gəlir məbləğinin 6 milyon dollara qədər olacağını planlaşdırırdı. Hərracdan bildiriblər ki, bu məbləğə 2021-ci ildə Fransa hərracında daha bir nümunə, "Böyük Con" ləqəbli Triceratops skeleti satılıb.

Dinozavr qalıqlarının dəyərinə görə belə bir rekord sonuncu dəfə 2020-ci ildə qeydə alınıb. Daha sonra yaşı təxminən 67 milyon il olan diranozavrın skeleti Nyu-York şəhərindəki "Christies" hərracında təxminən 32 milyon dollara satılıb.

"Apex"-in yeni sahibinə çevrilən Ken Qriffin bu nadir tapıntının özgə ələ düşməyəcəyini və onu Amerika muzeyinə bağışlayacağını söyləyib.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər