Qusarda yataqxanada yanğın olub
Tarix: 26-09-2024 15:27 | Bölmə: Cəmiyyət
Qusarda yataqxanada yanğın olub

Qusarda yataqxanada yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Reyting.az-a bildirilib ki, beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində ümumi sahəsi 110 m² olan 4 otaqlı mənzilin bir otağının yanar konstruksiyaları 35 m² sahədə yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 5-i uşaq olmaqla 9 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub, 2 nəfər tüstüdən zəhərlənib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.




Bölməyə aid digər xəbərlər
5-06-2025, 12:34 Sabah yağış yağacaq
4-06-2025, 12:30 Sabah yağış yağacaq
3-06-2025, 15:36 Xankəndiyə dolu düşüb
3-06-2025, 12:59 Sabah yağış yağacaq