“Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi hazırlanıb
Tarix: 26-09-2024 18:08 | Bölmə: Cəmiyyət
“Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi hazırlanıb

Azərbaycanda “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi hazırlanıb.

Bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov Gənc Ailə Forumunda deyib.

O qeyd edib ki, hazırda qanun layihəsinin son variantı hazırdır:

"Qanun layihəsindəki süni mayalanma, sperma donorluğu, surroqat ana kimi yenilikləri cəmiyyət istəmir. Amma indi reproduktiv sağlamlıq məsələlərinə yeni baxış yaranır. Ona görə bu sahədə hüquqi baza vacibdir. İnanıram ki, VII çağırış Milli Məclis bu qanunu qəbul edəcək".




Bölməyə aid digər xəbərlər
25-09-2024, 12:31 Sabah yağış yağacaq
23-09-2024, 12:58 Sabah yağış yağacaq