AzTV-nin aparıcısının iki yaşlı qızı bağçada yıxılaraq ölüb - (Yenilənib)
Tarix: 27-09-2024 10:30 | Bölmə: Cəmiyyət
AzTV-nin aparıcısının iki yaşlı qızı bağçada yıxılaraq ölüb - (Yenilənib)

AzTV-nin əməkdaşı, aparıcı Həmid Əsədzadəyə ağır itki üz verib.

Reyting.az
“Qafqazinfo”ya istinadla xəbər verir ki, H.Əsədzadənin 2 yaşlı qızı dünən Səbail rayonu ərazisində yerləşən uşaq bağçalarının birində yıxılıb.

O, xəstəxanaya çatdırılsa da, dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

***

Əldə etdiyimiz məlumata görə, hadisə Səbail rayonu İzzət Nəbiyev küçəsində yerləşən “Candy kids” adlı özəl uşaq bağçasında qeydə alınıb.

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ötən gün saat 18:00 radələrində özəl tibb müəssisəsinin qəbul şöbəsindən çağırış daxil olub.


Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfində 2 yaşlı (qadın cinsli) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
25-09-2024, 12:31 Sabah yağış yağacaq