Bakı metrosunun işində yubanma olub
Tarix: 30-09-2024 08:43 | Bölmə: Cəmiyyət
Bakı metrosunun işində yubanma olub

Bakı Metropiliteninin "Dərnəgül-Həzi Aslanov" marşrutu üzrə qatarın vaqonlarının qapısından siqnallar daxil olduğu üçün "28 May-Gənclik" tunel yolunda maşinist qapı sistemini yoxlamaq məcburiyyətində qalıb.

Reyting.az
xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC məlumat yayıb.

Normativ tələblərə görə, təkrar yoxlama keçirilməli olduğundan sərnişinlər "Gənclik" stansiyasında düşürülüb. Heç bir problem olmadığından "Nərimanov" stansiyasından qatar sərnişinlərlə yoluna davam edib. Nəticədə, intervaldan əlavə 4 dəqiqə yubanma yaranıb. Xəttə ehtiyat qatar verilməklə yubanma qısa müddətdə aradan qaldırılacaq.

QSC sərnişinləri vaqonların qapılarına müdaxilədən çəkinməyə çağırır: “Bunun nəticəsində ümumi yubanmalar sərnişinlərin mənzil başına vaxtında çatmasına, stansiyalarda sərnişin sıxlığının daha da artmasına səbəb olur".




Bölməyə aid digər xəbərlər
5-06-2025, 12:34 Sabah yağış yağacaq
4-06-2025, 12:30 Sabah yağış yağacaq
3-06-2025, 15:36 Xankəndiyə dolu düşüb
3-06-2025, 12:59 Sabah yağış yağacaq