Qadın keçmiş ərinin ailə üzvlərini zəhərləyərək öldürüb - Fotolar
Tarix: 29-04-2025 15:53 | Bölmə: Cəmiyyət
Qadın keçmiş ərinin ailə üzvlərini zəhərləyərək öldürüb
Erin Patterson


Avstraliyada yaşayan 50 yaşlı qadın keçmiş ərinin ailəsini şam yeməyinə dəvət edib və onlara zəhərli göbələk yedizdirib.

Reyting.az
xəbər verir ki, bu səbəbdən də Erin Patterson həbs edilib.

Melburndan təxminən 136 km cənub-şərqdə, Viktoriyada yaşayan Erin Patterson keçmiş həyat yoldaşının valideynləri - 70 yaşlı Don və Qeyl Pattersonları, onun bacısı 66 yaşlı Hizer Uilkinsonu və əri 68 yaşlı İan Uilkinsonu şam yeməyinə çağırıb.

Patterson, ayrıldığı həyat yoldaşı ilə barışıq səylərinin bir hissəsi olaraq verdiyi şam yeməyində göbələkli mal əti (Vellinqton) hazırlayıb. Məclisdə iştirak edən dörd qonağın hamısı qida zəhərlənməsinə bənzəyən simptomlarla xəstəxanaya aparılıblar. Qeyl Patterson və Hizer Uilkinson xəstəxanada dünyalarını dəyişiblər. Don Patterson isə ertəsi gün vəfat edib.



Xəstəxana simptomların “göbələk zəhərlənməsi” ilə bağlı olduğunu bildirib. 50 yaşlı Patterson üç cinayət və bir adam öldürməyə cəhd maddəsi ilə həbs edilsə də, ittihamlarla razılşamır. Patterson qayınanasını çox sevdiyini və onların ölümündən məyus olduğunu söyləyib.

Bununla belə, ittiham tərəfi yeməyin qəsdən zəhərləndiyini elan edir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
Dünən, 12:18 Sabah yağış yağacaq
27-04-2025, 12:35 Sabah yağış yağacaq
23-04-2025, 12:45 Sabah yağış yağacaq