Mədəniyyət Nazirliyinə əlavə səlahiyyət verilib
Tarix: 31-07-2025 13:41 | Bölmə: Xəbərlər
Mədəniyyət Nazirliyinə əlavə səlahiyyət verilib

Prezident İlham Əliyev bu gün fərman imzalayıb

Reyting.az
xəbər verir ki, fərmana əsasən, Mədəniyyət Nazirliyinə Azərbaycan dili və ədəbiyyatı ilə bağlı yeni vəzifələr verilib.

Fərmanda deyilir: “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 3.1.40-1-ci və 3.1.40-2-ci yarımbəndlər əlavə edilsin:

“3.1.40-1. müvafiq sahədə Azərbaycan dilinin tətbiqinə, Azərbaycan dili haqqında normativ hüquqi aktlara, o cümlədən Azərbaycan dilinin normalarına əməl olunmasına nəzarəti həyata keçirmək;

3.1.40-2. Azərbaycan dilinin inkişafının təmin edilməsi, habelə Azərbaycan ədəbiyyatının xaricdə, xarici ədəbiyyatın Azərbaycan Respublikasında tanıdılması və təbliği işini həyata keçirmək;”.

Eyni zamanda Nazirlər Kabineti Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının yeni tərkibi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etməlidir.




Bölməyə aid digər xəbərlər
30-07-2025, 22:34 “Qarabağ” qalib gəlib