12:42 / 19-05-2025
Keçmiş məmura hökm oxunub
Bank kratlarından 16 min manat oğurlanıb
Tarix: 19-05-2025 10:07 | Bölmə: Cəmiyyət
Bank kratlarından 16 min manat oğurlanıb

Həftəsonu bank kratlarından daha 16 min manata yaxın pul oğurlanıb.

Reyting.az
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, bank kartının üzərindəki CVV/CVC, SMS vasitəsilə göndərilən OTP kodları məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında sizə zərər vuracaqlar. Mayın 17-də və 18-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 9800, 1586, 1012, 999, 850, 790, 210, 200, 170, 73, 40, 40 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

Nazirlik bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edir: “Naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalıdır.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq