Nazir rəisi vəzifədən çıxarıb
Tarix: 19-05-2025 16:17 | Bölmə: Cəmiyyət
Nazir rəisi vəzifədən çıxarıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şamaxı Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifədən çıxarılıb.

Reyting.az
"Qaynarinfo"-ya istinadla xəbər verir ki, 2009-cu ildən sözügedən qurumun rəisi vəzifəsini tutan daxili xidmət polkovnik-leytenantı İbrəhimov Eyvaz Soltanpaşa oğlu vəzifəsindən azad olunaraq təqaüdə göndərilib.

Onun yerinə daxili xidmət mayoru Zahidov Alim Oktay oğlu təyin edilib. O, bundan əvvəl Ağsuda FHN-nin texnikalar üzrə rəisi olub.

Bu barədə Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.




Bölməyə aid digər xəbərlər