Həbsdəki həkimin cinayət işi məhkəməyə göndərilib
Tarix: 26-05-2025 12:46 | Bölmə: Cəmiyyət
Həbsdəki həkimin cinayət işi məhkəməyə göndərilib

Bakıda burun əməliyyatından sonra qadının ölümü ilə bağlı cinayət işi məhkəməyə göndərilib.

Nəsimi Rayon Prokurorluğundan Reyting.az-a bildirilib ki, bu il yanvarın 12-də 1995-ci il təvəllüdlü Nəzrin Mansurlunun rinoplastika əməliyyatından sonra vəziyyətinin kəskin ağırlaşması səbəbindən yerləşdirildiyi xəstəxanada ölməsi faktı üzrə Nəsimi rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

İstintaqla həkim-otorinolarinqoloq Sənan Mehdiyevin yanvarın 3-də Nəzrin Mansurlunun üzərində rinoseptoplastika cərrahi-əməliyyatını qüsurlu icra etməsi səbəbindən sonuncunun ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Sənan Mehdiyevə Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.




Bölməyə aid digər xəbərlər
23-05-2025, 12:42 Sabah yağış yağacaq