Türkiyədə 3 milyon 350 min qurban kəsəcəklər
Tarix: 30-05-2025 08:10 | Bölmə: Cəmiyyət
Türkiyədə 3 milyon 350 min qurban kəsəcəklər

Türkiyə Əkinçilik Palataları Birliyinin (TƏPB) sədri Şəmsi Bayraktar qarşıdan gələn Qurban bayramında 3 milyon 350 min qurbanlıq kəsiləcəyini açıqlayıb.

Reyting.az
xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Məlumata görə, Ş. Bayraktar açıqlamasında Qurban bayramı və qurbanlıq heyvanların qiymətlərinin ölkə iqtisadiyyatı üçün əhəmiyyətinə diqqət çəkib.

Bayramın xüsusilə heyvandarlıq sektoru üçün can damarı olduğunu ifadə edən Bayraktar “Bu il ümumilikdə 3 milyon 350 min qurbanlıq heyvan, təxminən 750 min baş iribuynuzlu mal-qara və 2 milyon 600 min baş qoyun kəsiləcəyini təxmin edirik. Ancaq bayrama yaxınlaşdıqca heyvandarlarımız satışın əvvəlki illərə nisbətən daha zəif olduğunu deyirlər”, - deyə Bayraktar əlavə edib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər