12:34 / 05-06-2025
Sabah yağış yağacaq
Azərbaycanlıları Trabzonda cinsi istismara məruz qoyan qadınla bağlı qərar verilib
Tarix: 04-06-2025 09:18 | Bölmə: Cəmiyyət
Azərbaycanlıları Trabzonda cinsi istismara məruz qoyan qadınla bağlı qərar verilib

Bakı Apellyasiya Məhkəməsində insan alverində əqsirləndirilən Lalə Əsədovanın (ad, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası yekunlaşıb.

Məlumata görə, hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya protesti təmin edilməyib(pravda).

İttihama görə, Lalə Əsədova Azərbaycan vətəndaşı olan 2 qadının etibarından sui-istifadə edərək Türkiyənin Trabzon şəhərinə aparıb, orada cinsi istismara məruz qoyub. Həmin şəxs DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci (İnsan alveri) maddələri ilə ittiham irəli sürülüb.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Lalə Əsədovaya bəraət verilib. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və Lalə Əsədova dərhal məhkəmə iclası zalından azadlığa buraxılıb.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:34 Sabah yağış yağacaq
4-06-2025, 12:30 Sabah yağış yağacaq
3-06-2025, 15:36 Xankəndiyə dolu düşüb
3-06-2025, 12:59 Sabah yağış yağacaq