55 yaşlı kişi ikimərtəbəli evini yandırıb
Tarix: 05-06-2025 09:01 | Bölmə: Cəmiyyət
55 yaşlı kişi ikimərtəbəli evini yandırıb

Balakən rayonunun Qazma kəndində 55 yaşlı kişi özünə məxsus yaşayış evini yandırıb.

Hadisə gecə saat 04:00 radələrində qeydə alınıb.

Kənd sakini Camal Hidayət oğlu Məmmədova məxsus, ikimərtəbəli və 7 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib.

Yanğın nəticəsində evin yanar konstruksiyaları və ev əşyaları tamamilə yanıb. Alovun söndürülməsi üçün əraziyə Balakən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub.

İlkin araşdırma zamanı müəyyən edilib ki, əsəb xəstəliyindən əziyyət çəkən Camal Məmmədov öz əmlakını qəsdən yandırıb. Onun evdə tək yaşadığı, ailə üzvlərinin isə hazırda Qazaxıstan Respublikasında yaşadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır/APA




Bölməyə aid digər xəbərlər
Dünən, 12:34 Sabah yağış yağacaq
4-06-2025, 12:30 Sabah yağış yağacaq
3-06-2025, 15:36 Xankəndiyə dolu düşüb
3-06-2025, 12:59 Sabah yağış yağacaq