14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
Suriyadan gətirilən 13 nəfər sosial xidmət müəssisəsinə yerləşdirilib
Tarix: 10-06-2025 14:50 | Bölmə: Cəmiyyət
Suriyadan gətirilən 13 nəfər sosial xidmət müəssisəsinə yerləşdirilib

Suriyadan Azərbaycana gətirilən 13 nəfər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsinə yerləşdirilib.

Reytiing.az
xəbər verir ki, bu barədə ƏƏSMN məlumat yayıb.

Bildirilib ki, onlardan 9-u uşaq, 1-i kişi, 3-ü isə qadındır. Repatriasiya olunmuş şəxslərlə sosial xidmət müəssisəsində ilkin tibbi, sosial-psixoloji dəstək işləri aparılıb.

Növbəti mərhələdə isə repatriasiya olunmuş şəxslərin Agentliyin sosial işçiləri və psixoloqları tərəfindən sosial-psixoloji vəziyyətləri qiymətləndirilib. Hazırda hər bir repatriantla bağlı fərdi inkişaf planı əsasında sosial-psixoloji dəstək tədbirləri həyata keçirilir.

Repatriantların sosial reabilitasiyası onların öz mənşə ailələrində digər aidiyyəti qurumlarla qarşılıqlı əməkdaşlıq şəraitində davam etdirilir.

Sosial Xidmətlər Agentliyi tərəfindən son illərdə 550-yə yaxın repatriant sosial reabilitasiya və re-inteqrasiya xidmətləri ilə təmin edilib




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:54 Sabah yağış yağacaq
Dünən, 13:06 Sabah yağış yağacaq
14-06-2025, 12:36 Sabah yağış yağacaq
13-06-2025, 09:22 Yardımlıda traktor aşıb