00:18 / 04-09-2025
Millimiz qalib gəlib
Şərurlu İsfəndiyar yenə hakim qarşısına çıxarılıb
Tarix: 04-09-2025 12:03 | Bölmə: Cəmiyyət
Şərurlu İsfəndiyar yenə hakim qarşısına çıxarılıb

Şərur” MTK-nın sahibi İsfəndiyar Axundova (Şərurlu İsfəndiyar) qarşı xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə keçirilir.

Məlumata görə, işə Binəqədi Rayon Məhkəməsində baxılır.

Tanınmış iş adamından şikayətçi “Proqres 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərovdur. Səməndərov külli miqdarda dələduzluq ittihamı ilə həbs edilib. Amma hələ ki yekun məhkəmə qərarı yoxdur. Buna baxmayaraq, “Şərurlu İsfəndiyar” verilişlərin birində onu dələduz adlandırıb.

E.Səməndərov “dələduz” sözünü özünə qarşı təhqir və böhtan hesab edərək məhkəməyə müraciət edib.

Məhkəmə şikayətlə bağlı ekspertiza təyin etmişdi. Bu gün ekspert rəyi açıqlanmalıdır.




Bölməyə aid digər xəbərlər