Bədənin istiliyindən elektrik hasil olunur - Foto
Tarix: 04-09-2025 15:18 | Bölmə: Cəmiyyət
Bədənin istiliyindən elektrik hasil olunur

Çinin Pekin Universitetinin tədqiqatçılar qrupu bədənin istiliyini elektrikə çevirən rezinəbənzər yeni bir material hazırlayıb. Bu nailiyyət gələcək nəsil üçün geyilə bilən elektronikanın irihəcmli batareyalarının enerji yükləməyə ehtiyac duymadan tam fasiləsiz işləməsinə imkan yarada bilər.

Reyting.az
-ın məlumatına görə, alimlər qrupunun üzvü deyib ki, bu yenilik, hazırladıqları termoelektrik elastomerlər, həmçinin insanın dərisinə bənzər elastikliyi, eləcə də yüksək enerji çevirmə səmərəliliyini birləşdirir. Bu isə o deməkdir ki, gələcəkdə avtonom enerji ilə işləyəcək yeni nəsil geyilən cihazların yolunu açan ixtiralara və istehsala çox yaxınıq.

Çinli alimlərin sözlərinə görə, yeni ixtira "termoelektrik effekt" prinsipi ilə işləyir və məhz elə bu işləmə prosesində də temperatur fərqi elektrik cərəyanı yaradır. Kəşf edilmiş xüsusi elastik polimer kompozit, insan bədəninin sabit istiliyindən istifadə edir.



Çinli elm adamlarının yeni ixtira ilə bağlı izahında deyilir:

"Sağlam insanın dərisinin temperaturu təxminən 37°C təşkil edir, ətraf mühitin temperaturu isə adətən 10–20°C və ya daha çox aşağı olur. Məhz yeni material bu fərqi tutmaqla, onu birbaşa elektrikə çevirir".

Tədqiqatçılar bu materialın rezinə bənzər elastikliyi olduğunu vurğulayırlar. Onun ilkin uzunluğu təxminən 150 faizədək uzandıqdan sonra belə, formasını bərpa edə bilir və 850 faizdən artıq yükə davam gətirir. Pekin Universitetinin yeni ixtirası olan materialın elektrik xüsusiyyətlərini yaxşılaşdırmaq, daha da keyfiyyətli üçün mütəxəssislər onun tərkibinə "N-DMBI" adlanan xüsusi leqirləşdirici maddə əlavə ediblər. Bu leqirləşdirici agent materialın elektrik keçiriciliyini tam artırmaq üçün çox az miqdarda əlavə olunan maddədir.

Elmi təcrübədə iştirak edən, ixtiranın həmmüəlliflərindən olan çinli alim deyib: "Biz yanılmadıq, istədiyimizə nail olduq. Beləliklə, insan bədəninin istisindən elektrik hasil edən "rezin" yarandı. Çünki alimlər qrupu nəhayət keçiriciliyi yüksəldməklə, bu materialın performansını əhəmiyyətli dərəcədə artıra bildilər. Gözlənildiyi kimi, nəticədə istiliyi yüksək səmərəliliklə elektrikə çevirə bilən bir elastomer əldə olundu".

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər