Gürcüstana müalicəyə gedən həkim qəzada ölüb
Tarix: 04-09-2025 17:22 | Bölmə: Cəmiyyət
Gürcüstana müalicəyə gedən həkim qəzada ölüb

Bir neçə gün əvvəl Bakıdan Gürcüstana səfər edən 54 yaşlı həkim Yaqub Cabbarov yol qəzasında vəfat edib.

Reyting.az
news24.az-a istinadən xəbər verir ki, “Medikus” klinikasının həkimi olan Y. Cabbarov səhhəti ilə bağlı müalicə məqsədilə qonşu ölkəyə yollanıb. Bu zaman o düşdüyü avtomobil qəzasında həyatını itirib.

Bildirilib ki, Yaqub Cabbarov uzun illər Ağcabədidə pediatr kimi işləyib. 2016-cı ildən isə Bakının müxtəlif klinikalarında çalışaraq tanınmış pediatrlardan biri kimi fəaliyyətini davam etdirib.




Bölməyə aid digər xəbərlər