Füzulidə yanğın törədən şəxs tutulub
Tarix: 05-09-2025 12:37 | Bölmə: Cəmiyyət
Füzulidə yanğın törədən şəxs tutulub

Füzuli rayonunun Babı kəndinin ərazisində yanğın törədən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Reyting.az-a bildirilib ki, araşdırmalarla yanğını 23 yaşlı Ələkbər Fərəməzovun törətdiyi müəyyən olunub. Hadisə nəticəsində 1 hektar ərazidə əkin sahəsi yanıb.

Ə.Fərəməzov barəsində inzibati qanunvericiliyə uyğun olaraq 400 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub.




Bölməyə aid digər xəbərlər