12:34 / 08-09-2025
Sabah yağış yağacaq
Britaniyada mağaza binasının altında 317 skelet tapılıb
Tarix: 08-09-2025 10:02 | Bölmə: Cəmiyyət
Britaniyada mağaza binasının altında 317 skelet tapılıb

Britaniyanın Qloster şəhərində keçmiş univermağın yerində qazıntılar zamanı 317 skelet aşkar edilib.

Reyting.az
xəbər verir ki, bu barədə “Popular Mechanics” jurnalı məlumat yayıb.

Qalıqlar hazırda yerli universitetin kampusunun tikildiyi keçmiş Debenhams univermağının yerində aşkar edilib. Skeletlər son orta əsrlərə aiddir.

Xatırladaq ki, əvvəllər bu yerdə Qədim Roma dövrünə aid daha 83 dəfn tapılmışdı.

Qazıntıya rəhbərlik edən C. Batemanın sözlərinə görə, Qloster arxeoloqlar üçün inanılmaz dərəcədə vacib bir yerdir, çünki orada hər dəfə kəşflər edilir.

Skeletlərdən əlavə, qazıntılar zamanı müxtəlif əşyalar, o cümlədən tütün və şərab butulkasının parçaları tapılıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər