Sərhədimizi pozan əcnəbi saxlanılıb
Tarix: 10-09-2025 10:49 | Bölmə: Cəmiyyət
Sərhədimizi pozan əcnəbi saxlanılıb

Azərbaycan dövlət sərhədini pozan İraq vətəndaşı saxlanılıb.

Reyting.az
Dövlət Sərhəd Xidmətinə istinadla xəbər verir ki, sentyabr ayının 8-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması əlamətləri aşkar edilib.

Həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində dövlət sərhədini pozan İraq Respublikası vətəndaşı – 2006-ci il təvəllüdlü Qburi Ameer Visman saxlanılıb.




Bölməyə aid digər xəbərlər
8-09-2025, 12:34 Sabah yağış yağacaq