Azərbaycanda havadan su əldə ediləcək
Tarix: 10-09-2025 12:59 | Bölmə: Cəmiyyət
Azərbaycanda havadan su əldə ediləcək

2025-2027-ci illərdə Azərbaycanda havadan suyun əldə edilməsi texnologiyası üzrə tədqiqat və layihə işləri aparılacaq.

Reyting.az
xəbər verir ki, bu barədə 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı - "Baku Water Week" (Bakı Su Həftəsi) çərçivəsində məlumat əldə edilib.

Məlumata görə, 2025-ci ildə texniki-iqtisadi əsaslandırma və layihə sənədləri hazırlanacaq.

2026-cı ildə sahədə pilot layihə üçün ərazilər müəyyənləşdiriləcək, 2027-ci ildə isə havadan suyun alınması texnologiyası üzrə bir pilot layihə icra olunacaq(Report).




Bölməyə aid digər xəbərlər
8-09-2025, 12:34 Sabah yağış yağacaq