10:58 / 11-09-2025
İsrailə raket hücumu olub
Mars üçün könüllülər seçiblər - Foto
Tarix: 11-09-2025 12:13 | Bölmə: Cəmiyyət
Mars üçün könüllülər seçiblər

ABŞ Aeronavtika və Kosmik Tədqiqatlar üzrə Milli Agentliyi Marsda həyat simulyasiyasına həsr edilən ikinci proqramını işə salıb. Bu simulyasiya 378 gün izolyasiya deməkdir.

Reyting.az
xəbər verir ki, bu ilin oktyabrında ABŞ-da baş tutacaq yeni eksperimentdə dörd könüllü tədqiqatçı tam bir il ərzində NASA mütəxəssislərinin 3D printerlə hazırladığı xüsusi bir yaşayış modulunda təcrid olunmuş şəraitdə yaşayacaqlar. Bu kosmik layihə həmçinin gələcəkdə Ay, Mars və digər planetlərə ekspedisiyalar üçün zəruri məlumatların toplanmasına xidmət edəcək.

Eksperiment zamanı seçilmiş könüllülər resurs qıtlığı, avadanlıq nasazlıqları, rabitədə gecikmələr, eləcə də izolyasiya, məhdud hərəkət imkanları, həmçinin digər bu cür stress yarada bilən situasiyalarla üzləşəcəklər. Bu könüllülər elmi araşdırmalar aparacaq və operativ tapşırıqları yerinə yetirəcək, həmçinin Mars səfərlərini imitasiya etməklə, orada tərəvəz yetişdirəcəklər.



Tədqiqatçılar 158 kvadratmetrlik sahəsi olan bir modula yerləşdiriləcək. 378 gün davam edəcək bu eksperiment zamanı onların fiziki, psixoloji göstəriciləri daima izləniləcək. NASA mütəxəssislərinin fikrincə, əldə edilən bütün məlumatlar və resursların məhdudluğu, həmçinin qapalı məkanda uzunmüddətli qalmağın insan sağlamlığına, iş qabiliyyətinə maksimum təsirini daha da yaxşı anlamağa kömək edəcək.

NASA-nın məlumatında qeyd olunur ki, əsas heyətdə Ross Elder, Ellen Ellis, eləcə də Metyu Montqomeri və Ceyms Spayser yer alır. Onlar bütün müddət ərzində real kosmik missiyaya yaxınlaşdırılmış qırmızı planetin bənzər şəraitində yaşayacaqlar.

NASA-nın bu proqramı Marsda həyat simulyasiyasının ikinci mərhələsi hesab olunur. Bundan əvvəl keçirilmiş ilk eksperiment isə 2024-cü ilin iyul ayında problem baş vermədən yekunlaşmışdı.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
8-09-2025, 12:34 Sabah yağış yağacaq