10:58 / 11-09-2025
İsrailə raket hücumu olub
Onlayn bilet satışı adı altında kiberdələduzluq halları artır
Tarix: 11-09-2025 17:06 | Bölmə: Cəmiyyət
Onlayn bilet satışı adı altında kiberdələduzluq halları artır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında fəaliyyət göstərən Elektron Təhlükəsizlik Xidmətinin (ETX) müşahidələrinə əsasən, son günlər teatr tamaşaları, konsertlər və sərgilərə onlayn bilet satışı adı altında kiberdələduzluq halları artır.

Reyting.az
ETX-ya istinadla xəbər verir ki, dələduzlar öz məqsədlərini "theatre-stage.live" kimi saxta veb-səhifələr üzərindən həyata keçirirlər.

Məhz bu keçid vasitəsilə endirimli və ya məhdud sayda bilet təklifi adı ilə vətəndaşları təcili hərəkət etməyə sövq edirlər. Bu üsulla onların bank kartı və digər fərdi məlumatlarını əldə etməyə çalışırlar.

Xidmət vətəndaşlara müraciət edərək tövsiyə edir ki, tanımadıqları mənbələrdən göndərilən mesajların tərkibindəki şübhəli keçidlərə daxil olmasınlar, bank kartı və digər fərdi məlumatlarını heç bir halda paylaşmasınlar, məhsul və xidmətləri yalnız rəsmi satış platformalarından əldə etsinlər. Eyni zamanda şübhəli bildirişlərin doğruluğunu mütləq rəsmi mənbələrlə dəqiqləşdirsinlər.




Bölməyə aid digər xəbərlər
8-09-2025, 12:34 Sabah yağış yağacaq