Lənkəran sakini 13 kq narkotiklə saxlanılıb
Tarix: 12-09-2025 10:01 | Bölmə: Cəmiyyət
Lənkəran sakini 13 kq narkotiklə saxlanılıb

Lənkəran sakini 13 kq narkotiklə saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Reyting.az-a bildirilib ki, tədbirlərlə əvvəllər də eyni əmələ görə məhkum edilmiş Ruslan Ramazanlı saxlanılıb. Ondan sosial şəbəkədə tanış olduğu xaricdə yaşayan narkotacir vasitəsilə əldə etdiyi 13 kiloqram marixuana aşkarlanıb.

Araşdırmalarla R.Ramazanlının narkokuryerliyə cəlb edildiyi və marixuananı maddi qazanc qarşılığında deyiləcək ünvanlara çatdırmağa razılaşdığı müəyyən edilib.

Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.




Bölməyə aid digər xəbərlər
8-09-2025, 12:34 Sabah yağış yağacaq