Sabirabadda 42 yaşlı şəxs qətlə yetirilib
Tarix: 15-09-2025 10:28 | Bölmə: Cəmiyyət
Sabirabadda 42 yaşlı şəxs qətlə yetirilib

Sentyabrın 14-də saat 23 radələrində Sabirabad rayon sakini 1983-cü il təvəllüdlü Rüstəm Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Reyting.az
Sabirabad Rayon Prokurorluğuna istinadla bildirir ki, araşdırma zamanı 1992-ci il təvəllüdlü Əli Əliyevin rayonun Moranlı kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Rüstəm Əliyevə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Əli Əliyev iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.




Bölməyə aid digər xəbərlər
Dünən, 13:22 Sabah yağış yağacaq
12-09-2025, 12:53 Sabah yağış yağacaq
8-09-2025, 12:34 Sabah yağış yağacaq