07:48 / 16-09-2025
Baş nazir Qüdsdən qaçıb?
Biləsuvar sakini 6 kq narkotiklə saxlanılıb
Tarix: 16-09-2025 09:49 | Bölmə: Cəmiyyət
Biləsuvar sakini 6 kq narkotiklə saxlanılıb

Biləsuvar sakini 6 kq narkotiklə saxlanılıb.

DİN-nin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Reyting.az-a verilən məlumata görə, Biləsuvar rayonunda 47 yaşlı Eldəniz Nağıyev saxlanılıb.

Həmin şəxsdən 6 kiloqram tiryək, heroin, marixuana, əlavə olaraq 255 ədəd müxtəlif növ narkotik və psixotrop maddə tərkibli həblər və 1 ədəd soyuq silah hesab edilən beşbarmaq aşkarlanıb.

Araşdırmalarla onun xaricdə yaşayan narkotacirdən əldə etdiyi narkotik vasitələri maddi qazanc müqabilində paytaxt ərazisinə gətirərək deyiləcək ünvanlara yerləşdirməyə razılaşdığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, E.Nağıyev barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
14-09-2025, 13:22 Sabah yağış yağacaq
12-09-2025, 12:53 Sabah yağış yağacaq