20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Daha bir məmur vəzifədən azad edildi - Təyinat
Tarix: 19-04-2019 12:40 | Bölmə: Cəmiyyət / Xəbərlər
Daha bir məmur vəzifədən azad edildi

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Akif Abdullayev vəzifəsindən azad olunub. Komitə sədri Samir Nuriyevin əmri ilə Akif Abdullayev adıçəkilən idarədə rəisin birinci müavini vəzifəsinə təyin edilib.

Reyting.az Unikal.org-a istinadla xəbər verir ki, idarənin rəisi vəzifəsinin icrası Anar Quliyevə tapşırılıb.

Xəbəri Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən təsdiqləyiblər.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi prezident İlham Əliyevin fərmanı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin balansına daxil edilib.

Xatırladaq ki, Hacıbala Abutalıbovun meriyaya rəhbərlik etdiyi illərdə Akif Abdullayev uzun müddət Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəis əvəzi və rəisi olub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq
20-11-2024, 08:43 Şamaxıda zəlzələ olub

bütün xəbərlər