Güclü külək Bakıda bir nəfərin ölümünə səbəb olub
Tarix: 05-02-2026 10:45 | Bölmə: Cəmiyyət

Güclü külək Bakıda bir nəfərin ölümünə səbəb olub

Küləkli hava şəraiti ilə əlaqədar bir nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, güclü küləyə görə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yıxılma səbəbilə beş çağırış daxil olub.

Onlardan 47 yaşlı qadın Sabunçu Tibb Mərkəzinə, 73 yaşlı qadın Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 43 yaşlı qadın və 53 yaşlı kişi isə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Bir nəfərin isə ölüm faktı qeydə alınıb(report).





Bölməyə aid digər xəbərlər