Məktəb direktoru təyinatları olub
Tarix: 05-02-2026 11:01 | Bölmə: Cəmiyyət

Məktəb direktoru təyinatları olub

Gəncəbasar bölgəsində 3 məktəbə direktor təyin olunub.

Reyting.az xəbər verir ki, müvafiq əmrlərlə Göygöl rayonu Ramiz Əsgərov adına Qırıqlı kənd tam orta məktəbin direktoru vəzifəsinə Cəbrayılova Təranə Elman qızı, Gəncə şəhəri inteqrasiya təlimli internat tipli gimnaziyanın direktoru vəzifəsinə İmranov Nail Bahadur oğlu və Daşkəsən rayonu Gündüz İsmayılov adına Aşağı Daşkəsən kənd tam orta məktəbinin direktoru vəzifəsinə Bayramov Duman Raquf oğlu təyin edilib.





Bölməyə aid digər xəbərlər