Xırdalanda məktəbdə dəhşətli hadisə - Maşın 3 uşağı vurdu, 1-nin üstündən keçdi
Tarix: 13-06-2019 15:41 | Bölmə: Cəmiyyət
Xırdalanda məktəbdə dəhşətli hadisə - Maşın 3 uşağı vurdu, 1-nin üstündən keçdi

Xırdalan şəhərində 2 saylı orta məktəbin həyətində dəhşətli hadisə baş verib.

Bu barədə hadisə şahidləri BAKU.WS-ə bildirilib ki, “Hyundai-Azera” markalı avtomobil məktəbin girişində məktəbliləri əzib. Bildirilir ki, hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Maşın onlardan ikisini vurub, birinin isə üstündən keçib.

Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. Yaralı məktəblilər xəstəxanaya yerləşdiriliblər.

Məsələ ilə əlaqədar 2 saylı orta məktəblə əlaqə saxlanılıb. Bildirilib ki, hadisə nəticəsində məktəbin bir şagirdi yaralanıb.

Xırdalan şəhərində 2 saylı orta məktəbdə baş verən hadisə ilə bağlı Səhiyyə Nazirliyilindən diqqqətə çatdırılıb ki, qəza nəticəsində 1 şagird Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yaralı Qurbanəli Kərəm oğlu Qurbanəliyev hazırda həkim nəzarətindədir.




Bölməyə aid digər xəbərlər
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}