İsmayıllıda keçmiş məhkum tutuldu
Tarix: 10-07-2019 12:36 | Bölmə: Cəmiyyət
İsmayıllıda keçmiş məhkum tutuldu

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi, onların kultivasiyası ilə məşğul olan şəxslərin aşkar olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat tədbiri keçirib.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan Reyting.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən rayonun Göytəpə kəndi ərazisindən keçən Əyriçay çayının kənarında xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 30 ədəd çətənə bitkisi və sellofan torbada 325 qram qurudulmamış marixuana aşkar edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində orada narkotik tərkibli bitkilər yetişdirən şəxsin rayonun Göytəpə kənd sakini, əvvəllər də məhkum olunmuş 46 yaşlı Rahil Mirzalıyev olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilib. Dindirilmə zamanı həmin çətənə bitkilərinin onun tərəfindən yetişdirildiyini etiraf edib.

Faktla bağlı araşdırma aparılır.скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}