Müəllimlərin əlavə yerləşdirilməsi üzrə müsahibənin vaxtı açıqlandı
Tarix: 30-08-2019 12:46 | Bölmə: Cəmiyyət
Müəllimlərin əlavə yerləşdirilməsi üzrə müsahibənin vaxtı açıqlandı

Sentyabrın 2-də müəllimlərin əlavə yerləşdirilməsi üzrə müsahibə mərhələsi keçiriləcək.

Təhsil Nazirliyindən Reyting.az-a verilən məlumata görə, bu barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

Müsahibələr Bakı şəhəri 202 nömrəli tam orta məktəbdə keçiriləcək.

Müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılacaq. Həmçinin namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında komissiya üzvlərinə təqdim etməlidirlər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyən ediləcək.




Bölməyə aid digər xəbərlər