18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Bakıda yol polisini öldürməyə cəhd edən şəxslər... Şikayət veriblər
Tarix: 05-09-2019 14:55 | Bölmə: Cəmiyyət
Bakıda yol polisini öldürməyə cəhd edən şəxslər... Şikayət veriblər

Bakıda Dövlət Yol Polisi əməkdaşını öldürməyə cəhddə təqsirli bilinən Elçin İbrahimov və Elman Sadıxov barələrindəki hökmdən apellyasiya şikayəti veriblər.

"Report" məlumatına görə, şikayətə hakim Rizvan Səfərovun sədrilk etdiyi kollegiyanın icraatında baxılır.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elçin İbrahimov 17 il, Elman Sadıxov isə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə ötən il iyunun 14-də Maştağa qəsəbəsində baş verib. İttihama görə, təqsirləndirilən şəxslər Dövlət Yol Polisi əməkdaşı Babək Qəmbərovu xidmət başında olan zaman bıçaqlayıb.

E.Sadıxovla E.İbrahimov avtomobillə yol hərəkəti qaydasını pozduğu üçün polis əməkdaşı sürücünü saxlamaq istəyib.

Sürücü yol polisinin tələbinə əməl etməyib. O, əvvəlcə maşını ilə DYP avtomobilinə bir neçə dəfə vurub. Hər iki avtomobil dayanandan sonra isə onlar B.Qəmbərovun ayaq nahiyəsindən bıçaq zərbəsi endiriblər. Həmin şəxslər daha bir zərbəni isə yerə yıxılan polis əməkdaşının baş nahiyəsindən vurublar. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan polis əməkdaşının həyatını xilas etmək mümkün olub.

Təqsirləndirlən şəxslərə Cinayət Məcəlləsinin qəsdən adamöldürməyə cəhd, hakimiyyət nümayəndəsinə zor tətbiq etmə, narkotik, qanunsuz silah gəzdirmə maddələri ilə ittiham verilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər