“Azadlıq Radiosu”nun Macarıstan xidməti fəaliyyətini dayandırıb
Tarix: 21-11-2025 10:51 | Bölmə: Cəmiyyət
“Azadlıq Radiosu”nun Macarıstan xidməti fəaliyyətini dayandırıb

“Azad Avropa/Azadlıq Radiosu”nun Macarıstan xidməti olan “Szabad Europa”nın fəaliyyəti dayandırılıb. Bu barədə qərarı ABŞ Qlobal Media Agentliyi verib.

Reyting.az
xatırladır ki, “Szabad Europa” əvvəlki illərdə Macarıstanın baş naziri Viktor Orbana qarşı həddindən artıq tənqidi mövqe tutmaqda ittiham olunurdu.

Məlumata görə, “Szabad Europa”nın fəaliyyəti 21 noyabr 2025-ci ildə tam olaraq dayandırılacaq.

Nəşr bağlanmanın səbəblərini açıqlamayıb.

Qeyd edək ki, noyabrın əvvəlində “Azad Avropa/Azadlıq Radiosu”na nəzarət edən ABŞ Qlobal Media Agentliyinin rəhbəri Keri Leyk “Szabad Europa”nı Macarıstanda “sabitliyi pozmaq məqsədi güddüyü” iddiası ilə tənqid etmişdi.

ELÇİN




Bölməyə aid digər xəbərlər