Yaxın Şərqin narkobaronunu həbs ediblər
Tarix: 21-11-2025 12:07 | Bölmə: Cəmiyyət
Yaxın Şərqin narkobaronunu həbs ediblər

İllərdir toxunulmaz olan və Suriyanın devrilmiş prezidenti Bəşər Əsədlə yaxın əlaqələri ilə tanınan narkotik baronu Noah Zeitar Livan ordusunun keçirdiyi əməliyyat zamanı yaxalanıb. Əsəd rejiminin süqutundan sonra təhlükəsizlik şəbəkəsi yenidən qurulub və Zeitarla bağlı tədbirlərə start verilib. Həmçinin onun minlərlə cinayət işinə dair yeni araşdırma başladılıb.

Reyting.az
xatırladır ki, Əsəd rejimi və “Hizbullah”la yaxın əlaqələri olan Zeitar ABŞ sanksiyalarına məruz qalıb və bir çox ölkədə axtarışa verilib.

Livan mətbuatı yazır ki, Noah Zeitar axtarışda olmasına baxmayaraq, əvvəllər küçələrdə sərbəst gəzir və televiziyada görünürmüş. Lakin Livandakı siyasi dəyişikliklər və Əsədin devrilməsi onun yaxalanmasına səbəb olub.

Son atəşkəsdən sonra vəzifəyə başlayan islahat yönümlü Livan hökuməti, “Hizbullah”ın siyasi cəhətdən populyar olduğu Bekaa bölgəsində silah və narkotik ticarətinə qarşı tədbirlər görür.

İddialara görə, Zeitar həm də “Hizbullah”a silah tədarük edirmiş.

Artıq ABŞ və regional aktorlar Livan hökumətinə narkotik ticarətini dayandırmaq üçün təzyiq göstərir.

Onu da qeyd edək ki, Zeitarın Suriyadakı keçmiş rejimin himayəsi altında fəaliyyət göstərdiyi iddia edilirdi.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər