18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Aşura günü qan verən 169 nəfərdə virus aşkarlanıb
Tarix: 18-09-2019 09:24 | Bölmə: Cəmiyyət
Aşura günü qan verən 169 nəfərdə virus aşkarlanıb

Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə Aşura günü könüllü qan verən 5 min 809 nəfərin 169-da virus aşkarlanıb.

Reyting.az
xəbər verir ki, aksiyalarda 5 min 809 nəfər könüllü olaraq qan verib. Bu şəxslərdən 2 min 614,1 litr qan tədarük olunub.

4 infeksiyaya görə Mərkəzi Qan Bankında aparılan müayinələr zamanı cəmi 169 nəfərdə virus aşkar olunub. HİV1/2 (QİÇS) virusu aşkarlanmayıb, 44 nəfərdə HbsAg (Hepatit B), 76 nəfərdə HCV (Hepatit C), 49 nəfərdə isə Sifilis aşkar olunub.

Virus aşkar olunan nümunələr istifadədən kənarlaşdırılıb və müvafiq qaydalara uyğun olaraq zərərsizləşdirilib.(Mənbə: APA)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər