DSX və polisdən birgə əməliyyat - Astara sakini narkotiklə tutuldu
Tarix: 19-09-2019 12:32 | Bölmə: Cəmiyyət
DSX və polisdən birgə əməliyyat - Astara sakini narkotiklə tutuldu

Astara sakini İran vətəndaşından götürdüyü külli miqdarda narkotik maddə ilə saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Reyting.az-a verilən məlumata görə, sentyabrın 18-də Astara Rayon Polis Şöbəsinə Məcitməhəllə kəndi ərazisində İran vətəndaşının dövlət sərhədini pozduğuna görə saxlanılarkən mühəndis texniki çəpərdən bir nəfərə bağlama atması barədə Dövlət Sərhəd Xidmətindən məlumat daxil olub.

Astara Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində qısa müddətdə həmin şəxsin Astara şəhər sakini D.Hüseynov olması müəyyən edilib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə o, polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla D.Hüseynovun həmin bağlamanı saxlamaq üçün həmyerlisi B.Əliyevaya verməsi müəyyən edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində B.Əliyevanın yaşadığı evin həyətinə baxış zamanı oradan torpağa basdırılıb, içərisində 2,5 kiloqram heroin olan bağlama aşkar edilərək götürülüb.

Araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər