18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
İsmayıllıdakı Kartof festivalında kütləvi zəhərlənmə baş verib
Tarix: 19-09-2019 14:21 | Bölmə: Cəmiyyət
İsmayıllıdakı Kartof festivalında kütləvi zəhərlənmə baş verib

İsmayıllı rayonunda kütləvi zəhərlənmə olub.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, hadisə ötən gün axşam saatlarında İsmayıllının Talıstan kəndində keçirilən Kartof festivalında qeydə alınıb. Festival iştirakçılarından, İsmayıllının Təzəkənd kənd sakinləri - 1991-ci il təvəllüdlü Aytac Rəcəbova, 1974-cü il təvəllüdlü Natavan Nəcəfova, 1971-ci il təvəllüdlü Yeganə Məmmədova, 1977-ci il təvəllüdlü Bəxtirə Mayılova, Kürdmaşı kənd sakinləri - 1987-ci il təvəllüdlü Amil Quliyev, 1987-ci il təvəllüdlü Əlibaba Quliyev, Ucar rayon sakini, 1967-ci il təvəllüdlü Cavad Allahverdiyevin qəflətən halı pisləşib və onlar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

İlkin məlumata görə, adı çəkilən şəxslərin festivalda satılan dönəri yedikdən sonra halı pisləşib. Onların zəhərləndiyi ehtimal olunur.

Son məlumata görə, İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına zəhərlənmə ehtimalı ilə 7 nəfər (3 kişi, 4 qadın) müraciət edib.

Səhiyyə Nazirliyinin məlumatına görə, müraciət edənlərə tibbi yardım göstərildikdən sonra evə buraxılacaqlar. Hadisə barədə polis və Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər