18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
İsmayıllıda baş verən zəhərlənmə ilə bağlı işçi qrupu yaradılıb
Tarix: 19-09-2019 15:39 | Bölmə: Cəmiyyət
İsmayıllıda baş verən zəhərlənmə ilə bağlı işçi qrupu yaradılıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) İsmayıllı rayonunda keçirilən kartof festivalında baş verən zəhərlənmə ilə bağlı araşdırmaya başlayıb.

Reyting.az
AQTA-ya istinadla bildirir ki, 7 nəfərin qida zəhərlənməsi ehtimalı ilə bağlı Səhiyyə Nazirliyindən daxil olan məlumat əsasında AQTA-nın mütəxəssislərindən ibarət işçi qrupu yaradılıb və hadisənin hansı səbəbdən baş verməsinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalara başlanılıb.

Aparılan araşdırmaların nəticələri ilə bağlı ətraflı məlumat veriləcək.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər