18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Millət vəkilinə qarşı zorlama ittihamı: 23 yaşlı xanımın müəmmalı ölümü araşdırılır
Tarix: 27-09-2019 12:11 | Bölmə: Cəmiyyət
Millət vəkilinə qarşı zorlama ittihamı: 23 yaşlı xanımın müəmmalı ölümü araşdırılır

AKP-dən olan İstanbul millət vəkili Şirin Ünalın evində şübhəli şəkildə ölən Özbəkistan vətəndaşı, 23 yaşlı Nadirə Kadirova ilə bağlı bəzi iddialar səslənib.

Reyting.az
“Cümhuriyet” qəzetinə istinadla xəbər verir ki, Leyla Niyazova deputatın evində xadimə işləyən rəfiqəsinin zorlandığını bildirib.

“Gecə mənə zəng etdi, iki saat danışdıq. Ağlayırdı. Nə baş verdiyini soruşdum. “Deyə bilmərəm” söyləyib ağladı. Özünü öldürəcəyini söylədi. Dedi: "Arzularım alt-üst oldu, indi qardaşımın üzünə necə baxacağam?!"

Leyla Niyazova hələlik istintaqa çağırılmayıb.

Nadirə Kadirova isə sentyabrın 26-da Özbəkistanda dəfn edilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər