18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Cinsi azlığı döyərək kənddən qovublar - Polis araşdırır
Tarix: 27-09-2019 12:26 | Bölmə: Cəmiyyət
Cinsi azlığı döyərək kənddən qovublar

Azərbaycanda cinsi azlıq qohumları tərəfindən döyülərək kənddən qovulub.

Hadisə Sabirabad rayonunun Yolçubəyli kəndində baş verib.

22 yaşlı homoseksual İ.Ş 2018-ci ildə feysbuk sosial şəbəkəsində Orxan adlı oğlanla tanış olub. Orxan onu Bakıya dəvət edərək Sabunçu rayonunda bir neçə dəfə onunla cinsi əlaqəyə girib. Həmin zaman Orxan İ. Ş-nin şəkillərini və videosunu çəkib. Daha sonra onu həmin fotoları yayacağı ilə şantaj edərək özünün bir neçə dostu ilə də cinsi əlaqədə olmağa vadar edib.

Bir müddət sonra İ. Ş-nin sözügedən şəkillərini qohumları 19 yaşlı Z. və 23 yaşlı M. görüb. Onlar İ-ni döyərək kənddən qovublar və “nəslimizin adını batırmısan”,- deyərək onu öldürəcəkləri ilə hədələyiblər.

İ. Ş buna görə polisə şikayət edib və qeyd edilənlər barədə məlumat verib.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.(Qafqazinfo)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər