18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Azərbaycanlı iş adamından santaj yolu 1 milyon dollar tələb edənlər yaxalanıb
Tarix: 27-09-2019 12:38 | Bölmə: Cəmiyyət
Azərbaycanlı iş adamından santaj yolu 1 milyon dollar tələb edənlər yaxalanıb

Türkiyədə turizm sahəsində çalışan azərbaycanlı iş adamını şantaj edən ər və arvad saxlanılıb.

Hadisə Türkiyənin Ərzurum vilayətində qeydə alınıb.

Məlumata görə, saxlanılan şəxslər azərbaycanlı iş adamını şantaj edərək 1 milyon dollar tələb ediblər.

Araşdırma nəticəsində o da bəlli olub ki, saxlanılan şəxslər guya azərbaycanlı iş adamına qarşı əllərində olan məlumatları Türkiyə mətbuatında yaymaq istəyində olublar.

Saxlanılan şəxslərin və azərbaycanlı iş adamının adı açıqlanmır.

Bildirilir ki, Azərbaycan vətəndaşı N.N. İstanbulda polisə müraciət edərək, 5 ildir, yanında işləyən şəxs tərəfindən şantaj edilməsi barədə məlumat verib: “Yanımda işləyən Özgür.K. həyat yoldaşının telefonu ilə mənə zəng edərək, əlində intim görüntülərimin olduğunu dedi və 1 milyon dollar istədi. Pulu verməyəcəyim təqdirdə görüntüləri sosial şəbəkədə yayacağını və ailəmə bildirəcəyini söylədi. Hətta Azərbaycan mətbuatına xəbər ötürəcəyini də bildirdi”.

Müraciətlə əlaqədar əməliyyat keçirən polis həmin şəxsi arvadı Esin K. ilə birlikdə Ərzurumda yaxalayıb.

Özgür K. ifadəsində iş adamının ona borclu olduğunu iddia edib.

Araşdırma zamanı ər-arvadın Gürcüstana qaçmaq istədiyi müəyyənləşib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər