İTV-nin binasında yanğın olub - Foto
Tarix: 28-09-2019 09:10 | Bölmə: Cəmiyyət
İTV-nin binasında yanğın olub

Bakı şəhəri, Yasamal rayonu, A. M. Şərifzadə küçəsində “İctimai Televiziya və Radio Yayımları Şirkəti”nin inzibati binasında yanğın baş verib.

Reyting.az
-a verilən məlumata görə, yanğın Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri tərəfindən söndürülüb.

Məlumatda bildirilir ki, hadisə binanın 3-cü mərtəbəsindən başlayıb. Genişlənən yanğın binanın yuxarı mərtəbələrinə də keçib. Yanğının nədən qaynaqlandığı hələlik məlum deyil.

İlkin məlumata görə, hadisə zamanı televiziyanın iki əməkdaşı tüstüdən zəhərlənərək xəsarət alıb. Onlara əraziyə cəlb olunmuş təcili tibbi yardım briqadaları tərəfindən yardım göstərilib.

Əlavə məlumat verilmir.

İTV-nin binasında yanğın olub




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}