18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Ermənilər Bakıda təhlükəli məhsulların satışını təşkil edir – Gömrük Komitəsi problemə göz yumur - Foto
Tarix: 28-09-2019 11:28 | Bölmə: Cəmiyyət
Ermənilər Bakıda təhlükəli məhsulların satışını təşkil edir – Gömrük Komitəsi problemə göz yumur

Sosial şəbəkələrdə Bakıda Ermənistan istehsalı olan "Akhtamar" siqaretlərinin satılması barədə video yayılıb. Məlumatın dəqiqliyi sübut olunmasa da, bunu "Facebook"da durmadan paylaşırlar.

Görəsən, yayılanlar həqiqətdirsə, belə məhsullar Azərbaycana necə, hansı yollarla gətirilir? Həmin siqaretlərin ölkəmizə gətirilməsində məqsəd nədir? Bu məhsullar gömrükdən necə keçir?

Reyting.az-ın məlumatına görə, Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov “Yeni Sabah”a deyib ki, belə məhsullar gömrük orqanlarının “xeyir-duası” ilə Azərbaycana gətirilir:

“Belə malları istehlakçılar gətirirlər. Siqaretlərin gətirilməsi ilə bağlı bizdə fakt qeydə alınmayıb. Lakin masamın üzərində Gürcüstanda yaşayan ermənilər vasitəsilə Azərbaycana keçirilmiş “Nataxtari” limonadları, parfumeriya maları və s. var. Yəni qaçaqmalçılıq bazarda böyük yer tutur”.

Ermənilər Bakıda təhlükəli məhsulların satışını təşkil edir – Gömrük Komitəsi problemə göz yumur
E. Hüseynov

AİB sədri bildirib ki, Ermənistandan Azərbaycana hansısa malın gətirilməsi istisna olunmur: “Hər gün Gürcüstanın “İkinci vağzal” deyilən yerində ermənilər, gürcülər, azərbaycanlılar görüşür və mal, pul, fikir mübadiləsi edirlər. Əlbəttə ki, bu cür mallar gömrük orqanlarının xeyir-duası ilə keçirilir. Məsələn, “Nataxtari” limonadları barədə gömrük sədrinə məktub yazmışam. Demək olar ki, mənasız cavab verirlər. Bu mallar isə bazarda hardasa 50 faiz yer tutub. Belə qaçaq malların satıldığı yerlər barədə Vergilər Nazirliyinə, Gömrük Komitəsinə məlumat vermişəm. Lakin heç kim getmir”.

E. Hüseynov belə malların çox təhlükəli olduğunu qeyd edib:

“Bu mallar həm təhlükəlidir, mənşəyi məlum deyil, həm də vergidən yayınırlar, ölkənin maliyyə siyasətinə ciddi zərbələr endirirlər. Adını çəkdiyiniz erməni siqareti barədə bizə şikayət daxil olmayıb, lakin videosu varsa, deməli, gətirirlər, mövcuddur. Bunlar mütləq gömrük orqanlarının xeyir-duası ilə keçirilir və belə məhsullara himayədarlıq edənlər var.

Mən istəmərəm ki, Ermənistanın bir qələmi belə burada satılsın. Lakin Azərbaycan mallarının Ermənistanda satılmasının tam tərəfdarıyam”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər